https://news.day.az/azerinews/1754646.html Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA Həm Türkiyə, həm də Azərbaycan seysmik aktiv bölgələrdə yerləşsələr də oradakı zəlzələlərin bizim ərazilərimizə hər hansı təsiri yoxdur. Day.Az xəbər verir ki, bu sözləri Trend-in sorğusuna cavab olaraq Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA

Azərbaycanca, 22 мая 2025 09:12 (UTC +04:00) 828
Azərbaycanda güclü zəlzələ gözlənilir?

Həm Türkiyə, həm də Azərbaycan seysmik aktiv bölgələrdə yerləşsələr də oradakı zəlzələlərin bizim ərazilərimizə hər hansı təsiri yoxdur.

Day.Az xəbər verir ki, bu sözləri Trend-in sorğusuna cavab olaraq Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

O bildirib ki, qardaş Türkiyənin seysmotektonik quruluşu Azərbaycanla eyni deyil.

"Həm Türkiyə, həm də Azərbaycan seysmik aktiv bölgələrdə yerləşsələr də oradakı zəlzələlərin bizim ərazilərimizə hər hansı təsiri yoxdur. Zəlzələnin dəqiq proqnozu olmadığına görə heç kim zəlzələ olacaq yaxud olmayacaq kimi proqnoz verə bilməz. Xırda hiss olunmayan zəlzələlər hər gün qeydə alınır və belə zəlzələlərin heç bir təsiri yoxdur. Maqnitudası 3 və 3-dən yuxarı zəlzələlər haqqında məlumatlar isə mərkəzin rəsmi saytında və sosial şəbəkələrdəki rəsmi səhifələrindən ictimaiyyətə açıqlanır",- deyə o əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости