https://news.day.az/azerinews/1755478.html Azərbaycanlı zəvvarlar Həccə yola düşür Azərbaycanlı zəvvarların bir qrupu Həcc ziyarətinə yola düşəcək. Day.Az Milli.Az-a istinadən bildirir ki, bir qrup zəvvar Heydər Əliyev Hava Limanından Həccə gedəcək. Qeyd edək ki, bu ilk zəvvar qrupudur. Axırıncı qrupun yola düşməsi isə mayın 31-i üçün planlaşdırılır. Əsas Həcc ayinləri iyunun 4-də olacaq.

Azərbaycanlı zəvvarlar Həccə yola düşür

Azərbaycanca, 25 мая 2025 17:23 (UTC +04:00) 428
Azərbaycanlı zəvvarlar Həccə yola düşür

Azərbaycanlı zəvvarların bir qrupu Həcc ziyarətinə yola düşəcək.

Day.Az Milli.Az-a istinadən bildirir ki, bir qrup zəvvar Heydər Əliyev Hava Limanından Həccə gedəcək.

Qeyd edək ki, bu ilk zəvvar qrupudur. Axırıncı qrupun yola düşməsi isə mayın 31-i üçün planlaşdırılır. Əsas Həcc ayinləri iyunun 4-də olacaq. Zəvvarlar gedən kimi ilk ayinlər - Ümreyi Təməttö yerinə yetiriləcək. Sonra isə iyunun 4-nə qədər müstəqil ibadətlər nəzərdə tutulub.

Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 dollar təşkil edir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayırıb.

Azərbaycanda 6-7 iyun Qurban bayramı günləri qeyri-iş günü elan edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости