https://news.day.az/azerinews/1756276.html Kolumb yerli əhalini necə aldatdı? – “Allah bərk qəzəblənib” Səyyah Xristofor Kristofer Kolumb bir dəfə gəmilərini təmir etdirmək üçün Yamayka sahillərinə gəlir. Day.Az xəbər verir ki, Qlobal.net xatırladır ki, yerli sakinlər təmir işlərinə kömək edir və gəmi heyətini yemək-içməklə təmin etməyə başlayırlar.

Kolumb yerli əhalini necə aldatdı? – “Allah bərk qəzəblənib”

Azərbaycanca, 29 мая 2025 02:15 (UTC +04:00) 442
Kolumb yerli əhalini necə aldatdı?

Səyyah Xristofor Kristofer Kolumb bir dəfə gəmilərini təmir etdirmək üçün Yamayka sahillərinə gəlir.

Day.Az  Qlobal.net-ə istinadla xəbər verir ki, yerli sakinlər təmir işlərinə kömək edir və gəmi heyətini yemək-içməklə təmin etməyə başlayırlar. Təmirin uzanmasını və gəmi işçilərinə yemək çatdıra bilmədiklərini görən sakinlər ərzaq yardımını dayandırırlar. Kolumb gəmidəki təqvimə baxır və ertəsi gün Ay tutulması olduğunu öyrənir, dərhal yerlilərin başçısının yanına gedir.

Kolumb başçıya Tanrı ilə əlaqə sax­ladığını və yardımların kəsilməsinin onu çox qəzəbləndirdiyini deyir. Tanrının öz qəzəbini Ayı qırmızı rəngə boyayaraq göstərəcəyini bildirir. Ertəsi gün axşam saatlarında Ay tutulması başlayır.

Yerlilər inilti və fəryadla hər yerdən gəmilərə tərəf gəlir, yemək-içmək gətirir, yalvarırlar ki, Tanrı onları bağışlasın.

Kolumb qum saatına baxır, 48 dəqiqə­lik tutulma artıq bitmək üzrə idi.

Onlara deyir ki, Tanrı onları bağışlayıb və tezliklə Ayı öz rənginə qaytaracaq.

Kainatın "işini" yaxşı bilən Kolumb qeyd dəftərində belə yazır: "Cəhalət hə­mişə köləlik gətirir".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости