Gürzə onu telefonla lentə alan uşağı dişlədi

Rusiyada  gürzə ilanı onu telefonla çəkən uşağa hücum edib.

Day.Az xəbər verir ki, hadisə Çelyabinsk vilayətinin Nijni Ufaley şəhərində baş verib. 

Məlumata görə, uşaq günəşin altında uzanan ilanı görüb və yaxınlaşaraq onu telefona çəkməyə başlayıb. Bu zaman gürzə dərhal reaksiya verib və uşağın barmağını dişləyib. Telefon uşağın əlindən yerə düşüb. İlan isə kolluqların arasında sürünərək gözdən itib.

Uşaq təcili olaraq xəstəxanaya yerləşdirilib.