https://news.day.az/azerinews/1757251.html
Türkiyədə iki zəlzələ qeydə alınıb
Türkiyə Bingöl vilayətində iki zəlzələ qeydə alınıb. Day.Az xəbər verir ki, bu haqda Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata əsasən, 4,4 maqnitudalı birinci zəlzələnin episentri Kiqı rayonundan 1.57 km aralıda yerləşib. Zəlzələnin ocağı 7.02 km dərinlikdə olub.
Türkiyədə iki zəlzələ qeydə alınıb

Türkiyə Bingöl vilayətində iki zəlzələ qeydə alınıb.
Day.Az xəbər verir ki, bu haqda Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, 4,4 maqnitudalı birinci zəlzələnin episentri Kiqı rayonundan 1.57 km aralıda yerləşib. Zəlzələnin ocağı 7.02 km dərinlikdə olub.
İkinci zəlzələnin maqnitudası 3,6 təşkil edib. Təkanların episentri Kiqı rayonunda olub. Zəlzələnin ocağı 11.13 km dərinlikdə yer alıb.
İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində dağıntı və ya xəsarət alanlar barədə heç bir məlumat verilməyib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре