https://news.day.az/azerinews/1757422.html 30-cu Yubiley “Baku Energy Week” tədbiri keçirilir - FOTO Bu gün Bakıda regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən sayca 30-cu "Baku Energy Week" keçirilir.

30-cu Yubiley “Baku Energy Week” tədbiri keçirilir - FOTO

Azərbaycanca, 2 июня 2025 12:16 (UTC +04:00) 503
30-cu Yubiley “Baku Energy Week” tədbiri keçirilir

Bu gün Bakıda regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən sayca 30-cu "Baku Energy Week" keçirilir.

Day.Az xəbər verir ki, iyunun 4-dək davam edəcək "Baku Energy Week" özündə üç mötəbər tədbiri birləşdirir: 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 30-cu Yubiley "Baku Energy Forum".

Səhər saatlarında rəsmi açılışı baş tutan sərginin bugünkü gündəliyi də zəngindir.

Belə ki, bu gün sərgi çərçivəsində enerji sahəsində bir sıra sənədlərin imzalanması mərasimi baş tutacaq. Bununla yanaşı, Bakı Enerji Həftəsinin 30 illik yubileyinə həsr olunmuş ağacəkmə mərasimi təşkil ediləcək. Günün sonunda isə "Enerji sənayesində davamlılıq" mövzusunda panel müzakirəsi keçiriləcək.

Qeyd edək ki, bu il "Baku Energy Week" 39 ölkədən 267 şirkəti qəbul edir. Ölkələr arasında Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Şimali İrlandiya, Bolqarıstan, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İsrail, İsveçrə, İtaliya, Qazaxıstan, Qvineya-Bisau, Lüksemburq, Macarıstan, Misir, Monako, Niderland, Norveç, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya iştirak edir. Almaniya Federativ Respublikası Milli pavilyon ilə iştirak edir.

Sərgi iştirakçılarının təxminən 70%-ni xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edir.

  • 30-cu Yubiley “Baku Energy Week” tədbiri keçirilir
  • 30-cu Yubiley “Baku Energy Week” tədbiri keçirilir
  • 30-cu Yubiley “Baku Energy Week” tədbiri keçirilir
  • 30-cu Yubiley “Baku Energy Week” tədbiri keçirilir
  • 30-cu Yubiley “Baku Energy Week” tədbiri keçirilir
  • 30-cu Yubiley “Baku Energy Week” tədbiri keçirilir
  • 30-cu Yubiley “Baku Energy Week” tədbiri keçirilir
  • 30-cu Yubiley “Baku Energy Week” tədbiri keçirilir
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости