Gəncə Şəhər Stadionunda görülən işlər açıqlanıb

Gəncə İdman Sarayı Gəncədə keçiriləcək III MDB oyunları üçün tam hazırlıq səviyyəsinə gətirilir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, ümumi ərazisi 40 min kvadratmetr olan saray nəinki Azərbaycanda, ümumilikdə Qafqazda ən böyük idman qurğularından biri hesab olunur.
Gəncə İdman Sarayı bütün zəruri infrastruktura malikdir. Burada müxtəlif oyunların keçirilməsi üçün zal və meydançaları var.
Sarayda Spa Mərkəzi, 3 konfrans zalı, böyük restoran, "coffee break" bölmələri və marketlər fəaliyyət göstərəcək. Buranın əhəmiyyətini artıran cəhətlərdən biri də müasir mehmanxanasının olmasıdır.
III MDB oyunlarının açılış və bağlanış mərasimlərinin keçiriləcəyi Gəncə Şəhər Stadionunun yenidən qurulması işləri də sürətlə davam etdirilir. Arenanın ərazisi genişləndirilərək 10 hektara çatdırılıb.
UEFA-nın dördüncü kateqoriya standartlarına uyğun olaraq inşası davam etdirilən Gəncə Şəhər Stadionunda tamaşaçı tutumu 15 464 nəfər təşkil edir. İnşası davam etdirilən şəhər arenasında işlərin, demək olar ki, 80%-i tam başa çatdırılıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре