https://news.day.az/azerinews/1760277.html Zakir Həsənov Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı verib Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı İrana başsağlığı verib. Müdafiə Nazirliyindən Day.Az-a verilən məlumata görə, başsağlığında deyilir:

Zakir Həsənov Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı verib

Azərbaycanca, 13 июня 2025 17:36 (UTC +04:00) 503
Zakir Həsənov Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı İrana başsağlığı verib.

Müdafiə Nazirliyindən Day.Az-a verilən məlumata görə, başsağlığında deyilir:

"İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Şəxsən tanıdığım, hər zaman öz peşəkarlığı və xoş münasibəti ilə seçilən Məhəmməd Bağeri xoş xatirələrlə yadda qalacaq.

Mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.

Allah rəhmət eləsin!"

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости