SEPAH İsraildə hərbi obyektlərin vurulduğunu bildirib

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) İsrail əleyhinə hərbi hava hücumları nəticəsində hərbi obyektləri vurub.
Day.Az-in məlumatına görə, bu, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) bəyanatında bildirilir.
Bəyanata görə, İsrailin İrana hərbi hava hücumuna cavab olaraq İsraildə raket və digər hərbi təchizat və sursat istehsal edən hərbi sənaye mərkəzləri raket və PUA-larla vurulub.
Bəyanatda deyilir ki, İran "Doğru Vəd 3" əməliyyatı ilə İsrailin İrana hücumuna reaksiya verib. Bu əməliyyat bütün qurumların koordinasiyası ilə həyata keçirilib və İranın təhlükəsizliyi Silahlı Qüvvələrin qırmızı xəttidir.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре