https://news.day.az/azerinews/1760667.html Azərbaycanın qərb rayonlarına güclü dolu yağıb Tovuz, Şəmkir və Gədəbəy rayonlarında intensiv dolu müşahidə olunub. Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. İyunun 14-də saat 20:05-dən 20:08-dək Tovuz rayonuna diametri 18 mm olan dolu düşüb. Ertəsi gün - iyunun 15-də isə saat 03:30-03:34 aralığında dolunun diametri 20 mm-ə çatıb.

Azərbaycanın qərb rayonlarına güclü dolu yağıb

Azərbaycanca, 15 июня 2025 11:42 (UTC +04:00) 447
Azərbaycanın qərb rayonlarına güclü dolu yağıb

Tovuz, Şəmkir və Gədəbəy rayonlarında intensiv dolu müşahidə olunub.

Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

İyunun 14-də saat 20:05-dən 20:08-dək Tovuz rayonuna diametri 18 mm olan dolu düşüb. Ertəsi gün - iyunun 15-də isə saat 03:30-03:34 aralığında dolunun diametri 20 mm-ə çatıb. Oxşar intensivliklə dolu saat 04:05-04:08 və 06:45-06:50 radələrində Şəmkir rayonuna da yağıb. Burada dolunun diametri 15-20 mm arasında dəyişib. Gədəbəy rayonunun Xarxar kəndi də dolu yağışından zərər görən ərazilər sırasındadır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости