Kazino oyunları barədə məlumatlar dövlət sirri hesab edilməyəcək
.jpg)
Dövlət sirri təşkil edən məlumatların siyahısında dəyişiklik edilir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə olunan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar ("Lotereyalar haqqında" Qanunla müəyyən edilmiş qaydada keçirilən lotereyalar, "Bədən tərbiyəsi və idman haqqında" Qanunla müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları və "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Qanunla müəyyən edilmiş qaydada təşkil edilən və keçirilən kazino oyunları barədə məlumatlar istisna olmaqla)" dövlət sirri təşkil edən məlumat hesab ediləcək.
Mövcud qanunvericiliyə əsasən, qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar dövlət sirri təşkil edən məlumat hesab edilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре