https://news.day.az/azerinews/1761663.html Ceyhun Bayramov kanadalı həmkarı ilə İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə edib 19 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Kanadanın xarici işlər naziri Anita Anand arasında telefon danışığı aparılıb.

Ceyhun Bayramov kanadalı həmkarı ilə İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə edib

Azərbaycanca, 19 июня 2025 10:11 (UTC +04:00) 483
Ceyhun Bayramov kanadalı həmkarı ilə İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə edib

19 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Kanadanın xarici işlər naziri Anita Anand arasında telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyindən Day.Az-a verilən məlumata görə, telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Kanada xarici işlər naziri həmçinin ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində Azərbaycan tərəfindən göstərilən dəstəyə görə təşəkkür edib.

Nazir Ceyhun Bayramov öz növbəsində Kanada nazirini bu vəzifəyə təyinatı münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости