https://news.day.az/azerinews/1762982.html Hava məkanının bağlanması nəticəsində Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişib Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxan bir sıra beynəlxalq reyslər planlaşdırılmış təyinat məntəqələrinə enə bilməyib və təhlükəsizlik məqsədilə alternativ hava limanlarına yönləndirilib.

Hava məkanının bağlanması nəticəsində Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişib

Azərbaycanca, 24 июня 2025 00:36 (UTC +04:00) 429
Hava məkanının bağlanması nəticəsində Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişib

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxan bir sıra beynəlxalq reyslər planlaşdırılmış təyinat məntəqələrinə enə bilməyib və təhlükəsizlik məqsədilə alternativ hava limanlarına yönləndirilib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Day.Az-ə bildirilib ki, "Qatar Airways" aviaşirkətinin Bakı-Doha və "Kuwait Airways"in Bakı-Küveyt reysləri Səudiyyə Ərəbistanının Ciddə Beynəlxalq Hava Limanında, "Wizz Air Abu Dhabi" aviaşirkətinin Bakı-Əbu Dabi reysi isə Mədinə Beynəlxalq Hava Limanında eniş edib.

Yaranmış vəziyyət beynəlxalq aviasiya təhlükəsizliyi protokolları çərçivəsində operativ şəkildə qiymətləndirilib və sərnişinlərin, eləcə də ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri tədbirlər dərhal həyata keçirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости