https://news.day.az/azerinews/1763570.html Nazim Elarizlə əlbəyaxa davasından danışdı - VİDEO Müğənni Nazim Pişyari həmkarı Elariz Məmmədoğlu ilə əlbəyaxa davasından danışıb. Milli.Az xəbər verir ki, bu barədə o, "Rəngarəng"də açıqlama verib. Nazim deyib ki, həmin davaya görə, peşmandır: "Elarizlə aramızda aqressiya var idi. Bir-birimizin arxasınca danışmışdıq.

Nazim Elarizlə əlbəyaxa davasından danışdı - VİDEO

Azərbaycanca, 26 июня 2025 09:23 (UTC +04:00) 488
Nazim Elarizlə əlbəyaxa davasından danışdı

Müğənni Nazim Pişyari həmkarı Elariz Məmmədoğlu ilə əlbəyaxa davasından danışıb.

Milli.Az xəbər verir ki, bu barədə o, "Rəngarəng"də açıqlama verib.

Nazim deyib ki, həmin davaya görə, peşmandır:

"Elarizlə aramızda aqressiya var idi. Bir-birimizin arxasınca danışmışdıq. Söz aparıb-gətirənlər var idi, mən bilərək şərait yaratdım ki, dava olsun. Çünki bezmişdim. Orada Rafaellə Coşqun var idi, masada əyləşdim, uşaqlardan biri dedi ki, "Nazimin sağlığına içirik". Qədəhi götürdüm, toqquşduranda, öz qədəhini geri çəkdi.

Dedim, burada bitdi, çünki məni pərt etdi. Qapının ağzında gözlədim, o, çıxanda ayağımı qoydum, ilişib yıxılmaq istədi. Ayağa qalxanda onu vurdum. İndi çox peşmanam. Düz hərəkət etmədim".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости