https://news.day.az/azerinews/1765367.html Konstitusiya Məhkəməsinə dörd yeni hakim təyin olunub Milli Məclis Konstitusiya Məhkəməsinə dörd yeni hakimin təyin olunmasını təsdiqləyib. Day.Az xəbər verir ki, bununla bağlı məsələ parlamentin iyulun 4-də keçirilən növbədənkənar sessiyası üzrə növbəti iclasında müzakirəyə çıxarılıb. Sənəd səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Konstitusiya Məhkəməsinə dörd yeni hakim təyin olunub

Azərbaycanca, 4 июля 2025 11:15 (UTC +04:00) 377
Konstitusiya Məhkəməsinə dörd yeni hakim təyin olunub

Milli Məclis Konstitusiya Məhkəməsinə dörd yeni hakimin təyin olunmasını təsdiqləyib.

Day.Az xəbər verir ki, bununla bağlı məsələ parlamentin iyulun 4-də keçirilən növbədənkənar sessiyası üzrə növbəti iclasında müzakirəyə çıxarılıb.

Sənəd səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Konstitusiya Məhkəməsinə hakimlərin təyin edilməsi haqqında qərar layihəsinə əsasən, Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyev Konstitusiya Məhkəməsinin hakimləri təyin olunacaq.

Məlumat üçün bildirək ki, R.Rzayev Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri, R.Quliyev isə Konstitusiya Məhkəməsinin Aparat rəhbəri olub. Otari Qvaladze və Fərhad Tutayuk isə Prezident Administrasiyasında çalışıblar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости