Zəif saçları gücləndirən 3 ev maskası

Mütəxəssislər bildirir ki, bahalı və kimyəvi tərkibli məhsullar yerinə evdə hazırlanan təbii maskalarla saçları gücləndirmək mümkündür.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, həm saç dərisini qidalandırır, həm də saç tellərini kökündən ucuna qədər bərpa edir.

Budur, zəif və tökülən saçlar üçün 3 ən effektli ev maskası:

1. Yumurta və zeytun yağı maskası

Tərkibi: 1 yumurta sarısı + 2 xörək qaşığı zeytun yağı
 Faydası: Saçları dərinləşdirir, parıltı verir və qırılmaların qarşısını alır.
 İstifadə: Qarışığı saç diblərinə və tellərə çəkib 30 dəqiqə saxlayın, sonra ilıq su ilə yuyun.

2. Kök suyu və bal maskası

Tərkibi: 3 xörək qaşığı kök suyu + 1 xörək qaşığı bal
Faydası: Saç köklərini qidalandırır, uzanmanı sürətləndirir.
İstifadə: Təmiz saça çəkib 25-30 dəqiqə saxlayın, sonra şampunla yuyun.

3. Ərik yağı və kokos yağı maskası

Tərkibi: 1 xörək qaşığı ərik yağı + 1 xörək qaşığı kokos yağı
 Faydası: Saç dərisini nəmləndirir, kəpək və qırılmanın qarşısını alır.
 İstifadə: Yağları qarışdırıb bir az isidin, saç dərisinə masaj edərək çəkin, 1 saat saxlayın, sonra yuyun.