https://news.day.az/azerinews/1769958.html Azad edilmiş ərazilərdə icarəyə verilən kənd təsərrüfatı torpaqlarının sahəsi açıqlandı İndiyə qədər işğaldan azad olunmuş ərazilərdə yalnız Ağalı sakinlərinə torpaq icarəyə verilib. Day.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev deyib. Onun sözlərinə görə, Ağalı sakinləri torpaq icarəsi üçün müraciət ediblər:

Azad edilmiş ərazilərdə icarəyə verilən kənd təsərrüfatı torpaqlarının sahəsi açıqlandı

Azərbaycanca, 25 июля 2025 09:27 (UTC +04:00) 464
Azad edilmiş ərazilərdə icarəyə verilən kənd təsərrüfatı torpaqlarının sahəsi açıqlandı

İndiyə qədər işğaldan azad olunmuş ərazilərdə yalnız Ağalı sakinlərinə torpaq icarəyə verilib.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev deyib.

Onun sözlərinə görə, Ağalı sakinləri torpaq icarəsi üçün müraciət ediblər:

"Ümumilikdə 3 kooperativə torpaqlar təhkim olunub. Bunlar "Bərəkətli Torpaq", "Zəfər" və "Barış" kooperativləridir. Müvafiq olaraq "Bərəkətli Torpaq" kooperativinə 25, "Zəfər" kooperativinə təxminən 17 hektar, "Barış" kooperativinə isə 10 hektar torpaq sahəsi icarəyə verilib".

"Beş hektar torpaq isə Tərəvəzçilik Elmi Tədqiqat İnstitutuna təhkim olunub. Onlar Ağalıda nümayiş əkinləri həyata keçirərək, kənd sakinlərini təlimatlandıra biləcəklər", - F.Tağıyev qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости