https://news.day.az/azerinews/1770089.html Azad olunmuş ərazilərdəki yanğınlarla bağlı AÇIQLAMA - VİDEO Ağdam, Xocalı, Xocavənd, Füzuli, Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Azad olunmuş ərazilərdəki yanğınlarla bağlı AÇIQLAMA - VİDEO

Azərbaycanca, 25 июля 2025 17:40 (UTC +04:00) 498
Azad olunmuş ərazilərdəki yanğınlarla bağlı

Ağdam, Xocalı, Xocavənd, Füzuli, Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

FHN-in Mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir.

Ümumilikdə yanğınların söndürülməsi əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Qarabağ Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopterləri iştirak edir.

Qeyd edilib ki, əlavə məlumat veriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости