https://news.day.az/azerinews/1771363.html "Sabah" III təsnifat mərhələsinə yüksəlib - UEFA Konfrans Liqası UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda "Sabah"la Moldovanın "Petrokub" komandası arasında keçirilən cavab oyunu başa çatıb. Day.Az-ın məlumatına görə, "Bank Respublika Arena"da təşkil edilən görüş təmsilçimizin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sabah" III təsnifat mərhələsinə yüksəlib - UEFA Konfrans Liqası

Azərbaycanca, 31 июля 2025 23:10 (UTC +04:00) 420
"Sabah" III təsnifat mərhələsinə yüksəlib - UEFA Konfrans Liqası

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda "Sabah"la Moldovanın "Petrokub" komandası arasında keçirilən cavab oyunu başa çatıb.

Day.Az-ın məlumatına görə, "Bank Respublika Arena"da təşkil edilən görüş təmsilçimizin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sabah"ın heyətində qolları Coy Lens Mikels ( 3 qol) və Pavol Şafranko vurublar.

İlk oyunda da "Petrokub"u 2:0 hesabı ilə üstələyən Azərbaycan Kubokunun son qalibi adını III təsnifat mərhələsinə yazdırıb.

Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edib.

Qeyd edək ki, "Sabah" növbəti raundda "Levski" (Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün məğlubu ilə qarşılaşacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости