https://news.day.az/azerinews/1775968.html Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirilib. Day.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, tədbirlərlə 50 yaşlı Nəcəf Alxasov saxlanılıb.

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Azərbaycanca, 25 августа 2025 10:10 (UTC +04:00) 752
Bu rayonda əməliyyat keçirildi

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirilib.

Day.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, tədbirlərlə 50 yaşlı Nəcəf Alxasov saxlanılıb. Ona məxsus fındıq bağında kultivasiya edərək yetişdirdiyi 107 ədəd çətənə bitkisi aşkar olunub. N.Alxasov çətənə kollarını satış məqsədilə əkdiyini qeyd olunub.

Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости