30 min manata analıq təklif olunur

Sosial şəbəkələrdə qadınlara müxtəlif şirnikləndirici təkliflər edilir.

Day.Az-ın Milli.Az-a istinadən məlumatına görə, TikTok-da yayılan paylaşımlarda qadınlara Gürcüstanda daşıyıcı ana olmaq imkanı təklif olunur və bunun müqabilində 18 min dollar ödəniş vəd edilir. Qadın nə qədər gəncdirsə, ödəniləcək məbləğin də daha yüksək olduğu bildirilir. Bundan əlavə, təyyarə bileti, gediş-gəliş və yaşayış xərclərinin də qarşılandığı qeyd olunur.

Kişi sonsuzluğu zamanı süni mayalanma tətbiq oluna bilir, lakin qadının yumurtalıqlarının fəaliyyətsizliyi səbəbindən uşaq sahibi ola bilmədiyi hallarda surroqat ana məsələsi gündəmə gəlir. Bu səbəbdən sosial şəbəkələrdə bu kimi təkliflərin sayı artır.

Genetik material - ana yumurtası və ata sperması vasitəsilə yaradılmış, 3-5 günlük embrion, övlad dünyaya gətirməyə razılıq verən daşıyıcı ananın bətninə yerləşdirilir. Körpə doğulduqdan sonra bioloji valideynlərinə təhvil verilir.

Hüquqi tənzimləmə məsələsi isə hələ də tam aydın deyil.

Mütəxəssislər bildirir ki, Ailə Məcəlləsində "surroqat ana" termini mövcud olsa da, prosesin bütün mərhələlərini əhatə edən detallı hüquqi norma yoxdur. Surroqat ananın hüquq və öhdəlikləri, doğulacaq uşağın hüquqi statusu, eləcə də bu sahəni tənzimləyən "Reproduktiv sağlamlıq haqqında" qanunun qəbul edilməməsi səbəbindən məsələ qanunvericilikdə boşluq olaraq qalır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə qadın sonsuzluğu hallarında artım müşahidə olunur. 2022-ci ildə bu diaqnozla qeydə alınanların sayı 1 688 nəfər olduğu halda, 2023-cü ildə rəqəm 2 026-ya yüksəlib.

Kişi sonsuz olanda süni mayalanma köməyə çatır, qadın sonsuz olanda isə vəziyyət dəyişir. Əgər qadının uşaqlığı olduğu halda yumurtalıqları fəal deyilsə, övlad dünyaya gətirə bilmir. Əgər cütlük uşaq istəyirsə mütləq surroqat anaya ehtiyac olur. Bu səbəbdən də sosial şəbəkələrdə belə təkliflər ortaya çıxır.

Genetik cəhətdən ana yumurtası və ata sperması vasitəsilə mayalanmış, 3-5 günlük inkişaf mərhələsində olan embrion onu dünyaya gətirməyə razı olan surroqat ananın bətninə yerləşdirilir. Uşaq doğulduqdan sonra bioloji valideynlərinə təhvil verilir.

Bəs bu prosesə nəzarət hüquqi müstəvidə necə tənzimlənir?

"Ailə Məcəlləsində "surroqat ana" anlayışı mövcud olsa da, bu prosesin bütün mərhələlərini tənzimləyən konkret hüquqi norma yoxdur. Surroqat ananın hüquqları və öhdəlikləri, doğulacaq uşağın sonrakı hüquqi statusu, eləcə də bu məsələləri əhatə edən "Reproduktiv sağlamlıq haqqında" qanunun hələ də qəbul edilməməsi səbəbindən, surroqat analıq məsələsi qanunvericilik müstəvisində tənzimlənməmiş qalır.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda qadın sonsuzluğunun sayında artım var. Qadın sonsuzluğu diaqnozu təyin edilən xəstələrin sayı 2022-ci ildə 1 688, 2023-cü ildə isə 2 026 nəfər olub.