https://news.day.az/azerinews/1796714.html Azərbaycan ədəbiyyatında yeni dalğa - Yunus Oğuzun dörd kitabı Türkiyə türkcəsində nəşr olundu Tanınmış yazıçı-publisist Yunus Oğuzun dörd yeni kitabı - "Avcı", "Atabey ve Haşhaşiler", "Cığır" və "Cengiz Han" - Türkiyə türkcəsində işıq üzü görüb. Əsərlər Türkiyənin "Bilgə Tonyukuk Yayınları" tərəfindən nəşr olunub.

Azərbaycan ədəbiyyatında yeni dalğa - Yunus Oğuzun dörd kitabı Türkiyə türkcəsində nəşr olundu

Azərbaycanca, 20 ноября 2025 12:02 (UTC +04:00) 722
Azərbaycan ədəbiyyatında yeni dalğa - Yunus Oğuzun dörd kitabı Türkiyə türkcəsində nəşr olundu

Tanınmış yazıçı-publisist Yunus Oğuzun dörd yeni kitabı - "Avcı", "Atabey ve Haşhaşiler", "Cığır" və "Cengiz Han" - Türkiyə türkcəsində işıq üzü görüb. Əsərlər Türkiyənin "Bilgə Tonyukuk Yayınları" tərəfindən nəşr olunub. Müəllifin kitablarının qardaş ölkədə çapı ədəbi əlaqələrin genişlənməsinə, həmçinin Azərbaycan tarixinin və ədəbiyyatının daha geniş oxucu auditoriyasına çatdırılmasına mühüm töhfə kimi qiymətləndirilir.

Day.Az xəbər verir ki, yeni nəşrlər Türkiyədə tarixi roman janrına xüsusi marağı olan oxucular üçün ayrıca əhəmiyyət daşıyır. Yunus Oğuzun əsərlərində türk mifologiyası, Orta əsr dövlətçilik ənənələri, qəhrəmanlıq motivləri və tarixi şəxsiyyətlərin taleyi bədii təhkiyə ilə təqdim olunur.

Yunus Oğuzun kitablarının Türkiyə türkcəsində nəşri Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması baxımından da mühüm bir addım kimi dəyərləndirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости