https://news.day.az/azerinews/1799194.html Azərbaycan güləşçiləri Rusiyada keçirilən turnirlərdə 6 medal qazanıblar Rusiyada güləş üzrə 2 ənənəvi yarış keçirilib. Day.Az İdman.Biz-ə istinadən bildirir ki, Vladiqafqazda 2 qat olimpiya çempionu Soslan Andiyevin xatirə turniri baş tutub. Güləşçimiz Maqomedxan Maqomedov ilk dəfə özünü 125 kq-da sınayıb. Yeni çəkidə debüt uğurlu alınıb.

Azərbaycan güləşçiləri Rusiyada keçirilən turnirlərdə 6 medal qazanıblar

Azərbaycanca, 1 декабря 2025 23:01 (UTC +04:00) 377
Azərbaycan güləşçiləri Rusiyada keçirilən turnirlərdə 6 medal qazanıblar

Rusiyada güləş üzrə 2 ənənəvi yarış keçirilib.

Day.Az İdman.Biz-ə istinadən bildirir ki, Vladiqafqazda 2 qat olimpiya çempionu Soslan Andiyevin xatirə turniri baş tutub.

Güləşçimiz Maqomedxan Maqomedov ilk dəfə özünü 125 kq-da sınayıb. Yeni çəkidə debüt uğurlu alınıb. Ötən ay İslam Həmrəyliyi Oyunlarında yığma üzvü bu yarışda bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xasavyurt isə Şamil Umaxanov turnirinə ev sahibliyi edib. Yığma üzvlərindən Murad Yevloyev (74 kq), Ali Tsokayev (86 kq) və Osman Nurmaqomedov (97 kq) gümüş, Qadjimurad Omarovla (74 kq), Muxammad Qantemirov (125 kq) isə bürünc medal qazanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости