https://news.day.az/azerinews/1800668.html Başqasının evində yaşayan neçə məcburi köçkün azad edilən ərazilərə köçürülüb? – AÇIQLAMA Bu günədək işğaldan azad edilmiş ərazilərə başqa vətəndaşa məxsus mənzildə müvəqqəti məskunlaşmış 204 ailə (749 nəfər) köçürülüb. Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Başqasının evində yaşayan neçə məcburi köçkün azad edilən ərazilərə köçürülüb? – AÇIQLAMA

Azərbaycanca, 8 декабря 2025 10:14 (UTC +04:00) 303
Başqasının evində yaşayan neçə məcburi köçkün azad edilən ərazilərə köçürülüb?

Bu günədək işğaldan azad edilmiş ərazilərə başqa vətəndaşa məxsus mənzildə müvəqqəti məskunlaşmış 204 ailə (749 nəfər) köçürülüb.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri sürətlə davam edir:

"İşğaldan azad edilmiş ərazilərə ilk növbədə qəzalı və ağır şəraitdə, yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində, eləcə də başqasına məxsus mənzildə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər köçürülür".

Qeyd edilib ki, keçmiş məcburi köçkünlər yalnız qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə daimi yaşayış sahəsi ilə təmin edilirlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости