https://news.day.az/azerinews/1810102.html Şəmkirdə maşın betona çırpılıb, 2 nəfər xəsarət alıb - FOTO Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ 21011" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə, minik maşını yol kənarındakı beton maneyə çırpılıb. Qəzadan sonra avtomobil deformasiyaya uğrayıb.

Şəmkirdə maşın betona çırpılıb, 2 nəfər xəsarət alıb - FOTO

Azərbaycanca, 17 января 2026 16:02 (UTC +04:00) 367
Şəmkirdə maşın betona çırpılıb,

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 21011" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə, minik maşını yol kənarındakı beton maneyə çırpılıb.

Qəzadan sonra avtomobil deformasiyaya uğrayıb. Dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən xilasediciləri cəlb edilib. Avtomobildə sıxılmış vəziyyətdə qalan iki nəfər xilasedicilər tərəfindən çıxarılıb.

Xəsarət alan 2 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

  • Şəmkirdə maşın betona çırpılıb,
  • Şəmkirdə maşın betona çırpılıb,
  • Şəmkirdə maşın betona çırpılıb,
  • Şəmkirdə maşın betona çırpılıb,
  • Şəmkirdə maşın betona çırpılıb,
  • Şəmkirdə maşın betona çırpılıb,
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости