https://news.day.az/azerinews/1812909.html Ov mövsümü bu tarixədək uzadıldı Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclasında ov mövsümünün müddətinin artırılması barədə qərar qəbul edilib. Day.Az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib.

Ov mövsümü bu tarixədək uzadıldı

Azərbaycanca, 30 января 2026 12:08 (UTC +04:00) 383
Ov mövsümü bu tarixədək uzadıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclasında ov mövsümünün müddətinin artırılması barədə qərar qəbul edilib.

Day.Az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib.

Onun sözlərinə görə, ölkə ərazisində quşların qış sayğısı yekunlaşıb və mütəxəssislər tərəfindən aparılan müşahidələr nəticəsində quş populyasiyalarının sabit olduğu müəyyən edilib. Mövcud vəziyyət, quşların qışlama dövrünün xüsusiyyətləri və ov həvəskarlarının müraciətləri nəzərə alınaraq ov mövsümünün 1 mart 2026-cı il tarixinədək uzadılması məqsədəuyğun hesab olunub.

Xidmət rəsmisi vurğulayıb ki, ov mövsümü müddətində vətəndaşlar mövcud qanunvericiliyin tələblərinə ciddi riayət etməli, yalnız müəyyən edilmiş limitlər daxilində və qanuni icazə sənədləri əsasında ov etməlidirlər. Qadağan olunmuş ərazilərdə, o cümlədən milli parklar və dövlət təbiət qoruqlarında ov hallarına yol verilməməlidir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости