https://news.day.az/azerinews/1819907.html BDYPİ saxta cərimə borcu ilə bağlı vətəndaşlara müraciət etdi Son zamanlar sosial şəbəkələrdə vətəndaşlara nəqliyyat vasitələri üzrə inzibati cərimə borcu olduğu barədə SMS bildirişlər göndərilməklə saxta internet səhifələrinə yönləndirən reklam və məlumatlar yayılmaqdadır. Həmin səhifələrdən biri də "asanpayex.cc/az" ünvanıdır.

BDYPİ saxta cərimə borcu ilə bağlı vətəndaşlara müraciət etdi

Azərbaycanca, 4 марта 2026 12:44 (UTC +04:00) 297
BDYPİ saxta cərimə borcu ilə bağlı vətəndaşlara müraciət etdi

Son zamanlar sosial şəbəkələrdə vətəndaşlara nəqliyyat vasitələri üzrə inzibati cərimə borcu olduğu barədə SMS bildirişlər göndərilməklə saxta internet səhifələrinə yönləndirən reklam və məlumatlar yayılmaqdadır. Həmin səhifələrdən biri də "asanpayex.cc/az" ünvanıdır.

Day.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin vətəndaşlara müraciətində bildirilir.

 

"Qeyd olunan internet səhifəsinin dövlət qurumları və rəsmi ödəniş sistemləri ilə heç bir əlaqəsi yoxdur. Vətəndaşlardan xahiş olunur ki, bu kimi saxta səhifələrə etibar etməsin, şəxsi məlumatlarını və bank kartı məlumatlarını belə platformalarda paylaşmasınlar.

Bir daha xatırladırıq ki, inzibati cərimələrlə bağlı məlumatların yoxlanılması və ödənişlərin həyata keçirilməsi yalnız rəsmi dövlət platformaları vasitəsilə aparılmalıdır",- məlumatda vurğulanıb.

  • BDYPİ saxta cərimə borcu ilə bağlı vətəndaşlara müraciət etdi
  • BDYPİ saxta cərimə borcu ilə bağlı vətəndaşlara müraciət etdi
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости