https://news.day.az/azerinews/1825750.html DTX Azərbaycana qarşı yönəlmiş təhdidlərin vaxtında aşkarlanması istiqamətində səmərəli fəaliyyət göstərir – Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycana qarşı yönəlmiş təhdid və təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində səmərəli fəaliyyət göstərir.

DTX Azərbaycana qarşı yönəlmiş təhdidlərin vaxtında aşkarlanması istiqamətində səmərəli fəaliyyət göstərir – Əli Nağıyev

Azərbaycanca, 3 апреля 2026 17:27 (UTC +04:00) 573
DTX Azərbaycana qarşı yönəlmiş təhdidlərin vaxtında aşkarlanması istiqamətində səmərəli fəaliyyət göstərir

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycana qarşı yönəlmiş təhdid və təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində səmərəli fəaliyyət göstərir.

Day.Az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) 28 Mart - Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü və bu orqanların yaradılmasının 107-ci ildönümü ilə bağlı keçirilən tədbirdə DTX rəisi Əli Nağıyev bildirib.

 

"Bu gün Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycana qarşı yönəlmiş təhdid və təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün, konstitusiya quruluşunun möhkəmləndirilməsi, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq əməllərinin qarşısının alınması, terrorçuluğa qarşı mübarizə və dövlət sirrinin mühafizəsi istiqamətində səmərəli fəaliyyət göstərir. Biz Vətən sevgisini, dövlətçilik prinsiplərini Ulu Öndərin əbədiyaşar irsindən öyrənirik. Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Heydər Əliyev kimi dahi şəxsiyyətin yaratdığı və milli ənənələrə söykənən möhtəşəm peşəkarlıq məktəbinin yetirməsi olmaqdan qürur duyur", - deyə xidmət rəisi qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости