https://news.day.az/azerinews/1830002.html Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarıldı - FOTO Avropa İttifaqı Şurasının 23 aprel 2026-cı il tarixli müvafiq qərarı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus "Zaqatala" gəmisi, eləcə də ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsus "Şuşa", "Qarabağ", "Xankəndi" və "Zəngəzur" gəmilərinə tətbiq edilmiş sanksiyalar ləğv olunub.

Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarıldı - FOTO

Azərbaycanca, 24 апреля 2026 09:54 (UTC +04:00) 267
Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarıldı

Avropa İttifaqı Şurasının 23 aprel 2026-cı il tarixli müvafiq qərarı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus "Zaqatala" gəmisi, eləcə də ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsus "Şuşa", "Qarabağ", "Xankəndi" və "Zəngəzur" gəmilərinə tətbiq edilmiş sanksiyalar ləğv olunub.

Bu barədə Day.Az-a ASCO-dan məlumat verilib.

Qərara əsasən, sözügedən gəmilər Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb.

Məsələnin müsbət həlli Azərbaycan Respublikası Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ASCO, eləcə də SOCAR tərəfindən koordinasiyalı şəkildə həyata keçirilmiş diplomatik və hüquqi fəaliyyət nəticəsində mümkün olub.

Qeyd edək ki, sözügedən gəmilər çarter müqavilələri əsasında üçüncü tərəflərə uzunmüddətli icarəyə verilmiş, onların istismarı isə beynəlxalq qaydalara, o cümlədən beynəlxalq sanksiya tələblərinə tam uyğun şəkildə həyata keçirilmişdi. Qəbul olunmuş qərar beynəlxalq hüquq normalarına əsaslanan obyektiv yanaşmanın və konstruktiv dialoqun nəticəsi kimi qiymətləndirilir.

ASCO gəmiçilik sahəsində beynəlxalq fəaliyyət göstərən dövlət şirkəti kimi bundan sonra da fəaliyyətini ölkə qanunvericiliyinə, beynəlxalq hüquq normalarına və beynəlxalq sanksiya rejimlərinə ciddi riayət etməklə davam etdirəcək.

  • Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarıldı

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости