https://news.day.az/azerinews/1830288.html Mağazada bilmədən sındırılan məhsulun zərərini KİM ÖDƏMƏLİDİR? Vətəndaşlar bəzi hallarda bilmədən pis hadisələrlə qarşılaşırlar. Bunlardan ən çox qarşılaşılanı əşyaların sınmasıdır. Sual yaranır: Bilmədən sındırılan əşyanın pulunu ödəməliyik? Day.Az bu sualın cavabını Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən izah edir.

Mağazada bilmədən sındırılan məhsulun zərərini KİM ÖDƏMƏLİDİR?

Azərbaycanca, 25 апреля 2026 13:12 (UTC +04:00) 481
Mağazada bilmədən sındırılan məhsulun zərərini

Vətəndaşlar bəzi hallarda bilmədən pis hadisələrlə qarşılaşırlar. Bunlardan ən çox qarşılaşılanı əşyaların sınmasıdır.

Sual yaranır: Bilmədən sındırılan əşyanın pulunu ödəməliyik?

Day.Az bu sualın cavabını Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən izah edir.

Belə ki, məcəllənin 152.10-cu maddəsinə əsasən əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski mülkiyyətçinin (satıcının) üzərinə düşür.

Yəni mağazada məhsulun təsadüfən (ehtiyatsızlıqdan) sındırılmasına və ya zədələnməsinə görə məsuliyyət daşımırsınız. Bu halda sizdən məhsulun ödənişi tələb oluna bilməz.

Təsadüfi hallara alıcının hərəkətləri ilə əlaqəli olmayan, digər səbəblərdən yaranan ziyanlar aid edilir. Məsələn, məhsulların düzgün yerləşdirilməməsi, satıcının məhsulların təhlükəsizliyi üçün lazımi şəraiti təmin etməməsi və s. Lakin əgər mağazadakı məhsulu qəsdən sındırmısınızsa və ya zədələmisinizsə, bu zaman dəymiş zərərin əvəzini ödəməlisiniz.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости