https://news.day.az/azerinews/1830292.html Bakıda parik taxıb cinayətlər törətdi - HƏBS OLUNDU Bakıda dələduzluq edərkən tanınmamaq üçün parik taxan şəxs saxlanılıb. Day.Az xəbər verir ki,  paytaxtın Nəsimi rayonunda naməlum şəxs dələduzluq edərək bir nəfərin mobil  telefonunu ələ keçirib.

Bakıda parik taxıb cinayətlər törətdi - HƏBS OLUNDU

Azərbaycanca, 25 апреля 2026 13:37 (UTC +04:00) 320
Bakıda parik taxıb cinayətlər törətdi

Bakıda dələduzluq edərkən tanınmamaq üçün parik taxan şəxs saxlanılıb.

Day.Az xəbər verir ki,  paytaxtın Nəsimi rayonunda naməlum şəxs dələduzluq edərək bir nəfərin mobil  telefonunu ələ keçirib. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvələr məhkum olunan 33 yaşlı Ərşad Səfərov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı Ə.Səfərovun mobil telefonların satışı ilə bağlı olan elanlardakı nömrələrlə əlaqə saxladığı və həmin şəxslərlə görüşərək telefonları yoxlatdırmaq adı ilə alıb oradan uzaqlaşdığı müəyyən edilib. Onun Nəsimi rayonu ilə yanaşı, Xətai, Yasamal və Səbail rayonlarında da müxtəlif şəxslərin telefonlarını ələ keçirdiyi məlum olub.

Ərşad Səfərovun zərərçəkənlərə ümumilikdə 15 000 manatdan çox maddi ziyan vurduğu müəyyənləşdirilib.

Qeyd edək ki, saxlanılan şəxs qanunsuz əməllərini həyata keçirən zaman kimliyini gizli saxlamaq üçün süni taxma saçdan (parik) istifadə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости