https://news.day.az/azerinews/1838060.html Yağışlı hava şəraiti ilə bağlı sürücülər müraciət edildi Hazırda paytaxtda, eləcə də respublikanın bəzi bölgələrində müşahidə olunan yağışlı hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlavə çətinliklər yaradır, yol örtüyünün sürüşkənliyini artırır və görmə məsafəsini məhdudlaşdırmaqla yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir.

Yağışlı hava şəraiti ilə bağlı sürücülər müraciət edildi

Azərbaycanca, 29 мая 2026 18:07 (UTC +04:00) 398
Yağışlı hava şəraiti ilə bağlı sürücülər müraciət edildi

Hazırda paytaxtda, eləcə də respublikanın bəzi bölgələrində müşahidə olunan yağışlı hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlavə çətinliklər yaradır, yol örtüyünün sürüşkənliyini artırır və görmə məsafəsini məhdudlaşdırmaqla yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir.

Day.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən hava şəraitini düzgün qiymətləndirməyi, idarəetmə zamanı sürət həddinə ciddi riayət etməyi, ara məsafəsini normadan artıq saxlamağı, nəqliyyat vasitələrinin texniki sazlığını daim nəzarətdə tutmağı və qəfil manevrlərdən çəkinməyi xahiş edir.

Bildiririk ki, əlverişsiz hava şəraitində diqqətli, intizamlı və səbrli davranış hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu səbəbdən sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırıq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости