https://news.day.az/azerinews/1849219.html Qubada avtomobil elektrik dirəyinə çırpılıb, sürücü xilas edilib - FHN Qubada avtomobil elektrik dirəyinə çırpılıb, sürücü xilas edilib. Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonu, Quba-Nügədi yolunda yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub:  

Qubada avtomobil elektrik dirəyinə çırpılıb, sürücü xilas edilib - FHN

Azərbaycanca, 20 июля 2026 20:07 (UTC +04:00) 301
Qubada avtomobil elektrik dirəyinə çırpılıb,

Qubada avtomobil elektrik dirəyinə çırpılıb, sürücü xilas edilib.

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonu, Quba-Nügədi yolunda yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub:

 

"Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Quba Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, "VAZ" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2002-ci il təvəllüdlü Qədirov Mətləb Bəxtiyar oğlu xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости