Malta Prezidenti Reza Deqatinin Xocalıya həsr etdiyi sərgini ziyarət edib - FOTO
Dünyaca məşhur azərbaycanlı fotojurnalist Reza Deqatinin Malta Biennalesində Xocalı həqiqətlərinə həsr etdiyi genişmiqyaslı fotosərgisi təqdim olunub.
Day.Az xəbər verir ki, bu barədə fotojurnalist özü məlumat yayıb.
Sərgi Vallettanın tarixi mərkəzində, dünyanın 400-dən çox incəsənət xadimi və iştirakçısının qatıldığı Malta Biennalesi çərçivəsində təşkil edilib.
Malta Respublikasının Prezidenti Miriam Spiteri Debono sərgini şəxsən ziyarət edib. Tədbirdə Biennalenin direktoru, Malta İncəsənət Şurasının rəhbəri və media nümayəndələri də iştirak ediblər.
Reza Deqati Xocalı həqiqətlərini belə mötəbər məkanda təqdim etməyin onun üçün böyük şərəf olduğunu bildirib.
"Xocalı həqiqətini belə mötəbər bir məkanda təqdim etmək və ona bu qədər böyük ehtiram göstərildiyini görmək həyatımın ən unudulmaz və qürurverici anlarından biri idi", - deyə fotojurnalist qeyd edib.
Onun sözlərinə görə, Avropa və Amerikada keçirdiyi sərgilər, konfranslar, müsahibələr və görüşlər Azərbaycanın həqiqətlərinin dünyaya çatdırılmasına xidmət edib.
Reza Deqati Malta Biennalesində təqdim olunan layihəni "Səssizlərin səsi", Xocalıya həsr olunmuş əsərini isə "Qaratel - Xocalının fəryadı" adlandırıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре