https://news.day.az/azerinews/1850824.html Dağətəyi rayonlarda yağış yağacaq - Sabahın hava proqnozu Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Dağətəyi rayonlarda yağış yağacaq - Sabahın hava proqnozu

Azərbaycanca, 29 июля 2026 12:54 (UTC +04:00) 119
Dağətəyi rayonlarda yağış yağacaq

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 23-28° isti olacaq.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 24-26° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости