https://news.day.az/azerinews/1850963.html “Sabah”ın Çempionlar Liqasının növbəti mərhələsindəki rəqibi məlum oldu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşanın "Lex" və Danimarkanın "Orhus" komandaları arasındakı matş başa çatıb. İdman.Biz xəbər verir ki, bu komandaların Danimarkadakı ilk matçı 4:1 hesabı ilə polşalıların xeyrinə başa çatmışdı.

“Sabah”ın Çempionlar Liqasının növbəti mərhələsindəki rəqibi məlum oldu

Azərbaycanca, 30 июля 2026 00:07 (UTC +04:00) 122
“Sabah”ın Çempionlar Liqasının növbəti mərhələsindəki rəqibi məlum oldu

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşanın "Lex" və Danimarkanın "Orhus" komandaları arasındakı matş başa çatıb.

İdman.Biz xəbər verir ki, bu komandaların Danimarkadakı ilk matçı 4:1 hesabı ilə polşalıların xeyrinə başa çatmışdı.

Lakin cavab qarşılaşmasının əsas vaxtı 3:0 hesabı ilə qonaq komandanın xeyrinə bitib. Əlavə vaxtda komandalar hərəyə bir qol vurublar - 4:1.

Cütlüyün taleyi penaltilərlə həll olunub. Penalti seriyasında danimarkalılar daha dəqiq olublar - 4:3.

Beləliklə, "Sabah" klubunun UEFA Çempionlar Liqasının üçüncü mərhələsindəki rəqibi Danimarkanın "Orhus" klubu olacaq. Komandalar arasında ilk oyun avqustun 4-də Danimarkada keçiriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости