https://news.day.az/azerinews/1851112.html Qaxda ağır qəza: Bir nəfər ölüb, xəsarət alanlar var - YENİLƏNİB Bu gün saat 16:00 radələrində Şəki-Qax-Zaqatala avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində "Mercedes" və "Niva" markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qaxda ağır qəza: Bir nəfər ölüb, xəsarət alanlar var - YENİLƏNİB

Azərbaycanca, 30 июля 2026 18:55 (UTC +04:00) 147
Qaxda ağır qəza:

Şəki-Qax-Zaqatala avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər iyulun 30-da saat 17:30 radələrində Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən Trend-ə bildirilib ki, xəsarət alan şəxslərə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub.

Hazırda onların müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir.

Məlumata görə, yaralılardan birinin vəziyyəti ağır, digər iki nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.

18:55

Bu gün saat 16:00 radələrində Şəki-Qax-Zaqatala avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində "Mercedes" və "Niva" markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az Trend-ə istinadən bildirir ki, qəza nəticəsində "Mercedes" avtomobilinin sərnişini, 60 yaşlı Tacəddin Əhmədov hadisə yerində vəfat edib.

Qəza zamanı "Mercedes"in sürücüsü, 44 yaşlı Xəyal Həşimov, "Niva"nın sürücüsü, 66 yaşlı Novruz Mənəfov, eləcə də "Mercedes"də olan digər sərnişin, 52 yaşlı Zaur Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости