https://news.day.az/azerinews/1851113.html Sumqayıtın bir hissəsində qaz kəsiləcək Sumqayıt şəhərinin bir hissəsində təmir-quraşdırma işləri ilə əlaqədar qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Day.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Sumqayıtın bir hissəsində qaz kəsiləcək

Azərbaycanca, 30 июля 2026 18:56 (UTC +04:00) 145
Sumqayıtın bir hissəsində qaz kəsiləcək

Sumqayıt şəhərinin bir hissəsində təmir-quraşdırma işləri ilə əlaqədar qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Day.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 31-i saat 10:00-dan işlər başa çatanadək şəhərin 1, 2, 3, 4, 5, 7, 8, 12, 15, 16, 17, 18, 19, 20, 21 və 29-cu məhəllələrinin, 5 və 6-cı mikrorayonlarının, İnşaatçılar qəsəbəsinin, həmçinin Betonzavod və Qızılqum ərazilərinin qaz təchizatında müvəqqəti fasilə olacaq.

"Azəriqaz" abonentlərdən bunu nəzərə almalarını xahiş edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости