https://news.day.az/azerinews/1851519.html Qaxda iki avtomobil toqquşub, 12 yaşlı uşaq ölüb Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə bu gün günorta saatlarında rayon ərazisində qeydə alınıb. Belə ki, "Mercedes" və "Niva" markalı avtomobillər toqquşub. Nəticədə "Niva" avtomobilində sərnişin qismində olan 12 yaşlı S.Babazadə hadisə yerində həyatını itirib.

Qaxda iki avtomobil toqquşub, 12 yaşlı uşaq ölüb

Azərbaycanca, 1 августа 2026 15:29 (UTC +04:00) 135
Qaxda iki avtomobil toqquşub,

Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə bu gün günorta saatlarında rayon ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" və "Niva" markalı avtomobillər toqquşub. Nəticədə "Niva" avtomobilində sərnişin qismində olan 12 yaşlı S.Babazadə hadisə yerində həyatını itirib.

 

Qəza zamanı "Niva"da olan digər sərnişinlər - 42 yaşlı Əzizə Babayeva, 5 yaşlı oğlan uşağı, avtomobilin sürücüsü 46 yaşlı Ruslan Babayev, həmçinin "Mercedes"in sürücüsü 33 yaşlı Mehman Rüstəmli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости