https://news.day.az/azerinews/1852186.html Ödənişi yüksək olan özəl bağçaların müsabiqədən keçmək şansı az olacaq - MÜTDA Özəl məktəbəqədər təhsil müəssisələrinin yeni maliyyələşmə müsabiqəsində ödənişi yüksək olan bağçaların müsabiqədən keçmək şansı az olacaq. Day.Az Trend-ə istinadən xəbər verir ki, , bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu jurnalistlərə açıqlamasında bildirib.

Ödənişi yüksək olan özəl bağçaların müsabiqədən keçmək şansı az olacaq - MÜTDA

Azərbaycanca, 5 августа 2026 11:49 (UTC +04:00) 167
Ödənişi yüksək olan özəl bağçaların müsabiqədən keçmək şansı az olacaq

Özəl məktəbəqədər təhsil müəssisələrinin yeni maliyyələşmə müsabiqəsində ödənişi yüksək olan bağçaların müsabiqədən keçmək şansı az olacaq.

Day.Az Trend-ə istinadən xəbər verir ki, , bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, müəssisənin təhsil haqqı yüksək olduqda bu, qiymətləndirməyə təsir göstərəcək:

"100 bal üzərindən 50 balla qiymətləndirilən meyarlardan biri müəssisənin maliyyə səmərəliliyidir. Qiymətləndirmə zamanı müəssisənin müəyyən etdiyi təhsil haqqının hansı əsaslarla formalaşdırıldığı araşdırılacaq. Təhsil haqqı yüksək olan bağçaların müsabiqədə qəbul olunmaq şansı daha az olacaq".

Vəfa Yaqublu bildirib ki, ötən il layihə qrant formatında həyata keçirilib və 4 min uşağı əhatə edib. Bu il isə 8 min uşağın maliyyələşdirilməsi nəzərdə tutulur.

"Maliyyə vəsaiti əvvəlcədən tam şəkildə ayrılmayacaq, ödənişlər aylıq hesablanacaq. Uşaqların davamiyyəti mütəmadi yoxlanılacaq. Müqavilə 10 aylıq bağlanır. Yay aylarında məzuniyyət və hava şəraiti nəzərə alınaraq bağçalara maliyyə ayrılmır".

Direktor müavini qeyd edib ki, uşaq başqa bağçaya keçərsə, yeni namizəd kimi qiymətləndiriləcək və həmin boş yerlər də müsabiqəyə çıxarılacaq:

"Hazırda 170-dən çox özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 2026-cı ildə isə daha 10 yeni müəssisə qeydiyyatdan keçib".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости