https://news.day.az/azerinews/1852510.html Bakı–Qazax yolunda qəza: 61 yaşlı sərnişin ölüb Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Day.Az Trend-ə istinadən bildirir ki, hadisə avqustun 6-da saat 15 radələrində yolun 147-ci kilometrliyində qeydə alınıb. Belə ki, "Nissan Qashqai" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Bakı–Qazax yolunda qəza: 61 yaşlı sərnişin ölüb

Azərbaycanca, 6 августа 2026 18:54 (UTC +04:00) 158
Bakı–Qazax yolunda qəza:

Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az Trend-ə istinadən bildirir ki, hadisə avqustun 6-da saat 15 radələrində yolun 147-ci kilometrliyində qeydə alınıb.

Belə ki, "Nissan Qashqai" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə sərnişin qismində olan 1965-ci il təvəllüdlü, Salyan rayonunun Kolanı kənd sakini Aydın Əmrah oğlu Allahyarov ağır xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılsa da, o, aldığı xəsarətlərdən Şirvan Şəhər Mərkəzi Xəstəxanasında vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости