https://news.day.az/azerinews/1852700.html Ağdaşda yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alınıb Ağdaş rayonunda yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi barədə daxil olmuş müraciət üzrə polis tərəfindən araşdırma aparılıb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Day.Az-а bildirilib ki, faktla bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri bütün tədbirlər icra edilib.

Ağdaşda yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alınıb

Azərbaycanca, 7 августа 2026 19:15 (UTC +04:00) 198
Ağdaşda yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alınıb

Ağdaş rayonunda yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi barədə daxil olmuş müraciət üzrə polis tərəfindən araşdırma aparılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Day.Az-а bildirilib ki, faktla bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri bütün tədbirlər icra edilib.

 

Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Planlaşdırılan toy məclisi isə təxirə salınıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости