https://news.day.az/azerinews/1852937.html Sumqayıtda yaşayış binasında yanğın, sakinlər təxliyə edilib - VİDEO Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Sumqayıtda yaşayış binasında yanğın, sakinlər təxliyə edilib - VİDEO

Azərbaycanca, 9 августа 2026 13:04 (UTC +04:00) 281
Sumqayıtda yaşayış binasında yanğın,

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 2p.m. elektrik kabeli və 6 ədəd elektrik sayğacı yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 6 nəfər bina sakini təxliyə edilib.

Yaşayış binası və mənzillər yanğından mühafizə olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости