https://news.day.az/azerinews/1853442.html Bakıda iki küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakıda iki küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bakıda iki küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Azərbaycanca, 11 августа 2026 20:54 (UTC +04:00) 212
Bakıda iki küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakıda iki küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi nin bir hissəsində - 12 avqust 2026-cı il saat 08:00-dan, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi nin bir hissəsində - 12 avqust 2026-cı il saat 11:00-dan nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

 

"Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri, müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri və yarana biləcək narahatlığa anlayışla yanaşmaları xahiş olunur", - deyə məlumatda bildirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости