https://news.day.az/azerinews/1853806.html Bərdədə zəncirvari qəza baş verib - FOTO Bərdədə üç minik avtomobilinin iştirakı ilə zəncirvari yol qəzası baş verib. Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bərdədə zəncirvari qəza baş verib - FOTO

Azərbaycanca, 13 августа 2026 18:31 (UTC +04:00) 164
Bərdədə zəncirvari qəza baş verib

Bərdədə üç minik avtomobilinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Toyota Camry" markalı, 10-RE-858 dövlət qeydiyyat nişanlı, VAZ-2107 markalı, 77-GZ-516 dövlət qeydiyyat nişanlı və 41-BE-260 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.

 

Toqquşma nəticəsində "Toyota Camry" və VAZ-2107 markalı avtomobillər yolun müxtəlif istiqamətlərindəki kənarlarına düşüb.

Şahidlərin sözlərinə görə, VAZ-2107 markalı avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

  • Bərdədə zəncirvari qəza baş verib
  • Bərdədə zəncirvari qəza baş verib
  • Bərdədə zəncirvari qəza baş verib
  • Bərdədə zəncirvari qəza baş verib
  • Bərdədə zəncirvari qəza baş verib
  • Bərdədə zəncirvari qəza baş verib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости