https://news.day.az/azerinews/1854440.html Vergi Xidmətinin vəzifəli şəxsi həbs olundu Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsi həbs edilib. Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin rəis müavini həbs edilib. Day.Az APA-ya istinadən bildirir ki, bununla bağlı Binəqədi Rayon Məhkəməsində qərar qəbul edilib.

Vergi Xidmətinin vəzifəli şəxsi həbs olundu

Azərbaycanca, 17 августа 2026 15:29 (UTC +04:00) 159
Vergi Xidmətinin vəzifəli şəxsi həbs olundu

Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsi həbs edilib.

Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin rəis müavini həbs edilib.

Day.Az APA-ya istinadən bildirir ki, bununla bağlı Binəqədi Rayon Məhkəməsində qərar qəbul edilib.

Qərara əsasən, istintaq orqanın təqdimatı təmin edilib, Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 311.3.1 (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 311.3.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, daha əvvəl vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən iki vəzifəli şəxs həbs olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости