https://news.day.az/azerinews/1855157.html İki azərbaycanlı qadın güləşçi U-20 dünya çempionatının finalında mübarizə aparacaq Azərbaycanın iki qadın güləşçisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan U-20 dünya çempionatında finala vəsiqə qazanıb. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

İki azərbaycanlı qadın güləşçi U-20 dünya çempionatının finalında mübarizə aparacaq

Azərbaycanca, 20 августа 2026 20:43 (UTC +04:00) 131
İki azərbaycanlı qadın güləşçi U-20 dünya çempionatının finalında mübarizə aparacaq

Azərbaycanın iki qadın güləşçisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan U-20 dünya çempionatında finala vəsiqə qazanıb.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, 57 kq çəki dərəcəsində mübarizə aparan Günay Qurbanova yarımfinalda Hindistan təmsilçisi Tanvi Qundeş Maqdumla qarşılaşıb.

Günay Qurbanova rəqibinə qalib gələrək çempionatın finalına yüksəlib.

59 kq çəki dərəcəsində çıxış edən Ruzanna Məmmədova isə yarımfinalda Macarıstan təmsilçisi Eda Balaşa ilə üz-üzə gəlib.

Güləşçimiz görüşü 11:0 hesabı ilə başa vuraraq finala adlayıb.

Qeyd edək ki, hər iki Azərbaycan təmsilçisi qızıl medal uğrunda mübarizəyə avqustun 21-də çıxacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости