https://news.day.az/azerinews/1856188.html İrina Viner Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Viner Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir: "Çox hörmətli Mehriban xanım. Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

İrina Viner Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Azərbaycanca, 26 августа 2026 19:11 (UTC +04:00) 185
İrina Viner Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Viner Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Çox hörmətli Mehriban xanım.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin həyatınız ölkənizə və xalqınıza fədakar xidmətin nümunəsidir. Sizin rəhbərliyinizlə möhtəşəm sosial proqramlar həyata keçirilir, səhiyyə, təhsil və mədəniyyət inkişaf edir, ölkənin beynəlxalq nüfuzu möhkəmlənir. Siz Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edərək idmanın inkişafına, dünya səviyyəli idmançıların hazırlanmasına və nüfuzlu yarışların keçirilməsinə əvəzsiz töhfə vermisiniz.

Sizə həyatınızda daim sevinc arzulayıram. Özünüz üçün arzuladığınız hər şeyin Sizə nəsib olmasını diləyirəm. Hər zaman təravətli qalın, sağlam, xoşbəxt, gözəl və sevilən olun. Hər zaman, hər yerdə və hər işdə uğurlar Sizi müşayiət etsin. Böyük Azərbaycana, şəxsən Sizə, ailənizə və sevdiyiniz hər kəsə rifah və firavanlıq arzulayıram".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости