https://news.day.az/azerinews/1856334.html Asəf Hacıyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir: " Çox hörmətli Mehriban xanım.

Asəf Hacıyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Azərbaycanca, 27 августа 2026 17:24 (UTC +04:00) 217
Asəf Hacıyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

" Çox hörmətli Mehriban xanım.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, cansağlığı, ailə səadəti, işlərinizdə uğurlar arzulayıram.

Siz şərəfli və xalqımız üçün önəmli olan həyat yolu keçmisiniz. Sizin çoxşaxəli fəaliyyətiniz nəticəsində ölkəmizin mənəvi, mədəni və sosial həyatında, şəhərlərimizin və xüsusən paytaxtımız Bakının inkişafında böyük dəyişikliklər baş verir.

Bu gün Siz müasir dünyanın və xüsusən iqtisadiyyatın tərəqqisi üçün vacib olan informasiya texnologiyalarının Azərbaycanda inkişafına rəhbərlik edirsiniz. Bunlar Sizin dərin intellektinizdən, müasir düşüncənizdən və dünyada gedən prosesləri diqqətdə saxlamağınızdan xəbər verir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müxtəlif bölgələrində həyata keçirilən işlərdə Sizin xüsusi xidmətiniz var. Bu yaxınlarda cənab Prezidentlə birlikdə Naxçıvana səfəriniz, bu gün Qarabağdan ucalan və hər kəsi valeh edən muğam səsləri, Şuşa şəhərində keçirilən və Azərbaycan xalqının mədəni dəyərlərini dünyaya tanıdan sil¬silə tədbirlər Sizin davamlı fəaliyyətinizin nəticəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Özbəkistana səfəriniz zamanı İslam mədəniyyətinin dəyərlərinə göstərdiyiniz maraq, ölkəmizin mədəni-mənəvi irsini növbəti dəfə dünyaya tanıtmağınız bir daha Sizin daxili dünyanızın zənginliyindən xəbər verir.

Hörmətli Mehriban xanım, Sizi doğum gününüz münasibətilə bir daha ürəkdən təbrik edir, ölkəmiz naminə gördüyünüz çox mühüm işlərinizdə böyük müvəffəqiyyətlər diləyirəm".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости