https://news.day.az/azerinews/1856358.html Marianxeles Belluşi Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib Argentina Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Marianxeles Belluşi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli Mehriban xanım.

Marianxeles Belluşi Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Azərbaycanca, 27 августа 2026 19:18 (UTC +04:00) 226
Marianxeles Belluşi Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Argentina Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Marianxeles Belluşi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Mehriban xanım.

Doğum gününüz münasibətilə Argentinanın Azərbaycandakı səfirliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz enerji, həmçinin ölkəniz və Azərbaycan xalqı naminə göstərdiyiniz səylərdə davamlı uğurlar arzulayıram.

Azərbaycan Respublikası Hökuməti ilə Argentina Respublikasının Azərbaycandakı səfirliyi arasında davamlı və səmərəli əməkdaşlığa görə də Sizə səmimi təşəkkürümü bildirirəm. Biz ölkələrimiz arasında əməkdaşlığın yeni sahələrində uğurlardan şad olarıq.

Hörmətli Mehriban xanım, Sizə dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости